AZ

Məşhur jurnalist SAXLANILDI KONKRET

ain.az bildirir, Konkret.az saytına əsaslanaraq.

İstanbulda jurnalist Timur Soykan saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı türkiyəli jurnalist Şule Aydın sosial şəbəkə hesabında paylaşıb.

Onun sözlərinə görə, Timur Soykan sosial şəbəkələrdəki paylaşımlarına görə saxlanılıb və hazırda polis bölməsinə aparılıb:“Timur saxlanılıb! Hazırda onu polis idarəsinə aparırlar. Səbəb sosial şəbəkələrdə etdiyi paylaşımlardır”, – deyə Aydın bildirib.

İstanbul Prokurorluğu hadisəni təsdiqləyərək, jurnalistə qarşı “ictimaiyyətdə çaşqınlıq yaratmaq məqsədilə yalan və aldadıcı məlumatların yayılması” maddəsi üzrə istintaq başladıldığını açıqlayıb.

Natiq Səlim,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
20
konkret.az

10Mənbələr