AZ

Ukrayna “Şahed” və “İskəndər” raketləri üçün komponentlər istehsal edən zavodu VURDU 

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumata görə, iyulun 5-nə keçən gecə PUA Sistemləri Qüvvələrinin bölmələri Rusiyanın Çuvaşiya Respublikasının paytaxtı Çeboksarı şəhərində yerləşən “VNİİR-Proqress” müəssisəsinə zərbə endirib.

KONKRET.az xəbər verir ki, zərbənin əsas hədəfi “Kometa” adaptiv antenlərinin istehsal olunduğu sahələr olub. Həmin komponentlər Ukraynaya qarşı istifadə edilən “Şahed” dronlarında, “İskəndər-K” raketlərində, idarə olunan aviazavod bombalarında və digər dəqiq silahlarda istifadə olunur.

Natiq Səlim,
KONKRET.az

Seçilən
1
45
konkret.az

10Mənbələr