AZ

İsrail ordusu Beyrutun cənubunda Hizbullah komandirini öldürüb

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçan aparat Livanın paytaxtının cənubunda magistral yolda hərəkət edən avtomobilə zərbə endirib.

"Report"un verdiyi məlumata görə, zərbə nəticəsində "Hizbullah" təşkilatının silahlı qanadının komandirlərindən biri ölüb.

Hadisə Halde şəhərətrafı məhəllədə, hərəkətin gediş-gəlişi olan avtomobil yolunda baş verib. Raketin vurduğu avtomobil yanıb.

Telekanalın mənbələri iddia edir ki, ölən komandir "Hizbullah" rəhbərliyində İslam İnqilabı Keşikçiləri Korpusunun bir hissəsi olan Qüds xüsusi təyinatlı dəstəsi ilə qarşılıqlı əlaqəyə cavabdeh olub.

İsrail Müdafiə Ordusu silah qaçaqmalçılığına və terror hücumlarının təşkilinə görə məsuliyyət daşıyan şəxsin öldürüldüyünü təsdiqləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
6
icma.az

7Mənbələr