AZ

“Sabah”ın ilk avrokubok qolunun müəllifi: Həmin oyunu xatırlayanda üzüntü keçirirəm – VİDEO

BAKI. 5 iyul. TELEQRAF

"Bəli, həmin oyunları xatırlayıram".

Bunu Teleqraf-a açıqlamasında "Sabah" komandasının avrokuboklarda ilk qolunun müəllifi Boyan Letiç deyib.

Bosniya və herseqovinalı sol cinah müdafiəçisi 2023-cü il iyulun 26-da Latviyada RFŞ-yə qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununun 22-ci dəqiqəsində fərqlənib.

Həmin matçda 2:0, cavab görüşündə isə 2:1 hesablı qələbə qazanan Azərbaycan təmsilçisi növbəti raunda yüksəlib.

Letiç II təsnifat mərhələsində Serbiya "Partizan"ına qarşı ilk matçda da fərqlənməyi bacarıb. "Sabah" ev oyunundan 2:0 hesablı qələbə ilə ayrılsa da, Belqraddakı cavab görüşündə eyni hesabla uduzub. Penaltilər seriyasında daha dəqiq olan "Partizan" mərhələ adlamağı bacarıb.

33 yaşlı futbolçu məğlubiyyətə baxmayaraq, belə matçlardan motivasiya aldığını bildirib: "Uduzduğumuz o matçı yada salanda hələ də üzüntü keçirirəm, amma futbol belədir... Əlbəttə, insan bu oyunlar üçün yaşayır, avrokuboklara hazırlaşır. Belə görüşlər mənə çox böyük motivasiya verir".

Qeyd edək ki, "Sabah" bu mövsüm Avropa Liqasının I təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Sloveniya "Tsele"si ilə ilk oyun iyulun 10-da evdə, cavab görüşü iyulun 17-də səfərdə olacaq.

Müsahibənin tam versiyası ilə burada tanış ola bilərsiniz...

Seçilən
3
50
teleqraf.com

10Mənbələr