ain.az, Footbal-plus saytına istinadən bildirir.
Avrokuboklarda təsnifat mərhələlərinin püşkü üçün elə qəribə mexanizm hazırlayıblar ki, bəzən adama hörümçək rolunu xatırladır. “Football-plus.az” hər klubumuzun yerini və yolunu bir daha xatırladır.“Qarabağ” – Çempionlar Liqası“Qarabağ” - “Şelburn” (İrlandiya)/“Lindilf” (Şimali İrlandiya) cütünün qalibiAzərbaycan klubu 1-ci təsnifat mərhələsindən azaddı, 2-ci təsnifat mərhələsində isə “Şelburn” (İrlandiya) – “Lindilf” (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Ağdamlılar ilk oyunu səfərdə (22/23 iyul), cavab görüşünü evdə (29/30 iyul) keçirəcək.“Sabah” – Avropa Liqası“Sabah” – “Selye” (Sloveniya), “Sabah” – AEK (C.Kipr)/“Partizan” (Serbiya) cütünün qalibi“Sabah” “Selye” ilə ilk oyunu iyulun 10-da evdə, cavab görüşünü 17-də səfərdə keçirəcək. Bu komandanı sıradan çıxararsa, 2-ci təsnifat mərhələsində AEK (C.Kipr)/Partizan (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq. Yenə də ilk oyun (24 iyul) Bakıda, cavab görüçü (31 iyul) səfərdə olacaq.“Zirə”, “Araz-Naxçıvan” – Konfrans LiqasıAzərbaycan klubları 1-ci təsnifat mərhələsindən azaddı. 2-ci təsnifat mərhələsindəki rəqiblərimiz:“Zirə” – “Hayduk” (Xorvatiya)“Araz-Naxçıvan” – “Aris” (Yunanıstan)“Sabah” - “Birkirkara” (Malta)/“Petrokub” (Moldova) cütünün qalibi“Sabah” Avropa Liqasının 1-ci təsnifat mərhələsində uduzarsa, “Zirə” ilə “Araz-Naxçıvan”a qoşulacaq. Belədə “bayquşlar” 2-ci təsnifat mərhələsində “Birkirkara” (Malta) – “Petrokub” (Moldova) cütünün qalibi ilə qarşılaşacaq.2-ci təsnifat mərhələsinin oyunları iyulun 24-ü və 31-də keçiriləcək. “Zirə” və “Araz-Naxçıvan” ilk oyunu evdə, cavab görüşünü səfərdə, “Sabah” isə ilk oyunu səfərdə, cavab görüşünü evdə keçirəcək.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.