AZ

360 000 dollarlıq lüks avtomobil buraxdı – «CADILLAC CELESTIQ» - FOTOLAR

Dünyanın tanınmış avtomobil brendlərindən olan «Cadillac» şirkəti özünün yeni lüks avtomobilini təqdim edib. Qiyməti 360 000 dollar (620 000 min manat) olan bu model elektromobildir – elektriklə işləyir və 100 km sürəti cəmi 4 saniyəyə yığır.

FED.az xəbər verir ki, təxminən 7 illik mühəndis və dizayner işlərindən sonra «Cadillac» şirkəti qiyməti 360 min dollar olan «Celestiq» elektromobilinin istehsalına başlayıb.

Bu avtomobil «Cadillac»ın digər iki lüks seqment avtomobillərə- «Bentley» və «Rolls-Royce»a cavabı sayılır. Budəfəki model qabaqcıl texnologiyaları, eksklüziv istehsalı və çoxsaylı opsiyaları ilə məşhurdur.

Yeni avtomobilin dəbdəbəsi artıq arxa oturacaqlardan başlayır: burada 4 zonalı klimat kontrol, masajlı kreslolar və «Smart Glass» şüşə dam var. Maraqlıdır ki, damın hər sərnişinin üzərindəki hissəsi ayrıca qarala bilər. Təkcə bu damın istehsalı mürəkkəb texnologiyalar səbəbindən 1 il vaxt aparıb.

Maşının salonunda 8K keyfiyyətində 55 düymlük nəhəng monitor var. Bu monitor həm əyləncə, həm də təhlükəsizlik idarəetməsi üçün nəzərdə tutulub.

«Celestiq»in akustikası da diqqəti cəlb edir: maşının salonunda 38 dinamik var, nəticədə sərnişinlər faktiki olaraq «kinoteatr səsi» alırlar.

Amma əsas məsələ kapotun altındadır. 2,7 tondan artıq ağırlığı olmasına baxmayaraq avtomobil saatda 60 mil (yəni təxminən 100 km) sürəti 4 saniyədən də az vaxtda yığır. Maşın hərəkətdə həddən artıq sabitdir, hətta dağlıq dolanbaclarda da sabitliyini saxlayır, arxa təkərlərin fırlanması isə şəhərdə onun manevr qabiliyyətini artırır.

«Celestiq»in hər detalı əl işidir.  ABŞ-ın Miçiqan ştatındakı «Artisan Center» zavodunda 12 usta bu maşını 12 həftəyə yığır. Bu zaman 6 iri alüminium ərintisi və 115-dən artıq hissədən istifadə olunur. Alıcılar maşının daxili üçün 350 mindən artıq variant seçə bilərlər.

«General Motors» şirkəti üçün «Celestiq» modeli ultra lüks seqmentdə öz yerini tutmaq üçün strateji addımdır. Şirkət il ərzində cəmi 100-150 belə maşın buraxmaq niyyətindədir.

360360360360
Seçilən
1
9
fed.az

10Mənbələr