AZ

Yeni “iPhone” rekord tutumlu batareya ilə olacaq

Yeniavaz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Payızda buraxılması planlaşdırılan flaqman “iPhone” rekord tutumlu akkumulyator alacaq.

Yeniavaz.com xəbər verir ki, bu barədə tanınmış insayder “Instant Digital” bu barədə “Weibo”dakı bloqunda məlumat verib.

Mütəxəssisin sözlərinə görə, yeni nəsil “Apple” smartfonlarının batareyaları ilk dəfə olaraq 5000 milliamper-saata çatacaq.

Qeyd olunur ki, ən bahalı “iPhone 17 Pro Max” bu tutumlu akkumulyatora sahib olacaq.

Müqayisə üçün qeyd edək ki, indiki “iPhone 16 Pro Max”da 4676 milliamper-saat, “iPhone 15 Pro Max”da 4422 milliamper-saat, “iPhone 14 Pro Max”da 4323 milliamper-saat, “iPhone 13 Pro Max”da isə 4352 milliamper-saat tutumlu akkumulyator var.

Jurnalistlər qeyd ediblər ki, “Apple” nəhayət öz smartfonlarının əsas problemlərindən birini qismən həll edəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
23
yeniavaz.com

10Mənbələr