AZ

"iPhone 17 Pro Max" "Apple"nın tarixində rekord batareya ilə təchiz olunacaq

Şəbəkədə "iPhone 17 Pro Max" top modeli ilə bağlı yeni bir daxili məlumat peyda olub – bu dəfə smartfonun batareyasının tutumu məlum olub. 

Valyuta.az xəbər verir ki, "MacRumors"un məlumatına görə, "iPhone 17 Pro Max" "Apple" smartfonlarının tarixində ən böyük tutumlu batareya alacaq.

Əgər bu məlumat təsdiqlənərsə, "iPhone 17 Pro Max" tarixdə ilk dəfə 5000 mAh-lıq batareya ilə təchiz olunacaq. Eyni batareya "Galaxy S25 Ultra"da da istifadə olunur.

Top "iPhone"larda batareya necə dəyişdi?

iPhone 11 Pro Max - 3969 mAh
iPhone 12 Pro Max - 3687 mAh
iPhone 13 Pro Max - 4352 mAh
iPhone 14 Pro Max - 4323 mAh
iPhone 15 Pro Max - 4422 mAh
iPhone 16 Pro Max - 4676 mAh
iPhone 17 Pro Max - 5000 mAh

5000 mAh göstəricisi 2025-ci ilin ölçülərinə görə kifayət qədər təvazökar sayılır, çünki çinli "Android" smartfonlarında 6000 mAh və ya hətta 7000 mAh-lıq batareyalar istifadə olunur. Lakin yenə də 5000 mAh "Apple" üçün irəliləyişdir. Müqayisə üçün, cari "iPhone 16 Pro Max" 4676 mAh-lıq batareya ilə tədarük olunur.

"Apple"ın rəsmi məlumatına görə, "iPhone 16 Pro Max"ın avtonom işləmə müddəti 33 saatdır. Gözlənilir ki, əlavə 300 mAh tutumu ilə "iPhone 17 Pro Max" 35 saatadək, bəlkə də daha çox avtonom işləmə təklif edə biləcək.

Bütün "iPhone 17" modellərinin, o cümlədən Pro və Air modellərinin təqdimatı sentyabrda gözlənilir. Daxili mənbələr 2025-ci "il iPhone"larında istifadəçiləri köhnə modelləri almaqdan çəkindirib payızda təqdimata qədər gözləməyə məcbur edə biləcək 17 əhəmiyyətli dəyişikliyi toplayıblar.

"iPhone 17" ilə birlikdə iOS 7 dövründən bəri ən böyük yeniləmə olacaq iOS 26-nın ictimai versiyası da çıxacaq. Əgər yenilikləri sınamaq sizə tələsirsə, beta-tester kimi yoxlamaqda özünüz iştirak edə bilərsiniz. Əməliyyat sistemi "iPhone 11" və daha yeni "Apple" smartfonlarına qurula bilər.

Paşa Məmmədli

Seçilən
13
12
valyuta.az

10Mənbələr