AZ

Bu kripto pul kisələri 14 ildən sonra canlandı: milyardlarla dollar dəyərindədir

Kriptovalyuta dünyasında maraqlı hadisə baş verib. 2010-cu ildən bəri fəaliyyətsiz qalan iki kriptovalyuta pul kisəsi iyul ayında yenidən aktivləşib.

Publika.az xəbər verir ki, bu barədə məlumatı “theblock.co” yayıb.

Bildirilib ki, hər iki pul kisəsi ümumilikdə 20 min BTC (hazırkı məzənnə ilə təxminən 2 milyard dollar) transfer edib. Həmin əməliyyatlar 3 və 4 iyul tarixlərində həyata keçirilib. İlk pul kisəsi 10 min BTC-ni, ikinci pul kisəsi isə bir qədər sonra yenə 10 min BTC-ni digər ünvanlara köçürüb.

Hər iki pul kisəsi 2010-cu ildə yaradılıb və bu dövr ərzində heç bir hərəkətlilik olmayıb. Ekspertlərin fikrincə, bu cüzdanlar çox güman ki, eyni şəxsə və ya strukturun idarəsinə aiddir.

Seçilən
11
46
publika.az

10Mənbələr