AZ

Balıq başını və quyruğunu bu ölkələrdən alırıq - QİYMƏTLƏR

Cari ilin yanvar-aprel aylarında Azərbaycana xarici ölkələrdən 53.82 ton miqdarında, 64 min 460 ABŞ dolları dəyərində dondurulmuş balığın digər əlavə məhsulları, başlar, quyruqlar, hava kisəsi və digərləri gətirilib. 

Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan dondurulmuş balığın digər əlavə məhsulların bir kiloqramının orta qiyməti 1.198 dollar (2 manat 4 qəpik) olub.

Dondurulmuş balığın digər əlavə məhsulları Norveç və Estoniyadan idxal olunub.

Norveçdən 20.4 ton miqdarında 26.5 min ABŞ dolları dəyərində, Estoniyadan isə 33.42 ton miqdarında 37.72 min ABŞ dolları dəyərində dondurulmuş balığın digər əlavə məhsulları idxal olunub. 

Norveçdən idxal olunan məhsulun 1 kq üçün orta qiymət 2 manat 21 qəpik, Estoniyadan idxal olunan məhsulun 1 kq üçün orta qiymət isə 1 manat 92 qəpik olub. 

Mayya Hüseynova

Seçilən
17
46
valyuta.az

10Mənbələr