AZ

Naməlum şəxs 14 ildir istifadə edilməyən 2 milyard dollarlıq Bitcoin i mənimsədi

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

İyulun 4-də 14 ildən artıq istifadə olunmayan iki kriptovalyuta pul kisəsi ilə əməliyyatlar qeydə alınıb. Bu pul kisələrində 2011-ci ildən bəri 20 min "Bitcoin" saxlanılırdı. Həmin əməliyyatların kimin keçirdiyi məlum deyil.

Oxu.Az xəbər verir ki, bu barədə RBC məlumat yayıb.

O dövrdə həmin "Bitcoin"lərin ümumi dəyəri təxminən 16 min dollar olub. Mövcud məzənnə ilə isə onların dəyəri 2 milyard dolları ötür. Belə pul kisələri "yatmış pul kisələri" adlanır, çünki sahibləri uzun illər onlarla heç bir şey etməyiblər.

Qeyd edək ki, 3 aprel 2011-ci ildə "Bitcoin"in məzənnəsi "CoinMarketCap"a görə təxminən 0.8 dollar idisə, bu gün o, 109 min ABŞ dolları civarında dəyişir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
23
oxu.az

10Mənbələr