“Liverpul” bir neçə gün əvvəl avtomobil qəzasında olan Dioqo Jotanın ailəsinə oyunçunun maaşını ödəyəcək.
Futbolpress.az xəbər verir ki, bu barədə “Record” nəşri məlumat yayıb. Jotanın Mersisayd klubu ilə 2 illik müqaviləsi qalmışdı. “Liverpul” bu müddət ərzində oyunçunun maaşını ailəsinə ödəyəcək.
Klub daha əvvəl portuqaliyalı mərhum futbolçunun 20 nömrəli formasını əbədiləşdirmişdi.