News24 saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
2025-ci ilin əvvəlində Rusiya ictimaiyyətində qaz sobaları ilə bağlı yayılan “yeni cərimələr” xəbərləri geniş rezonans doğurub.
News24.az xəbər verir ki, sosial şəbəkələrdə və bəzi media qurumlarında 14 ildən artıq istismar müddəti olan qaz avadanlıqlarına görə guya yeni sanksiyalar tətbiq edildiyi iddia olunurdu.
Bu məlumatlar bir çox mənzil sahiblərində narahatlıq doğurdu, qaz sobalarının təcili dəyişdirilməsi ilə bağlı təşviş yaradıb. Lakin ekspertlər və rəsmi qurumlar bu iddiaları təkzib edərək bildiriblər ki, 2025-ci ildə hər hansı yeni cərimə və ya sərtləşdirmə tədbiri tətbiq edilməyib.
Əslində, müzakirəyə səbəb olan bütün dəyişikliklər hələ 2024-cü ilin aprelində qəbul edilib və qanunvericilikdə bu sahədə o vaxtdan bəri heç bir yenilik olmayıb.
Hazırkı qaydalara əsasən, istismar müddətini keçmiş qaz avadanlığından istifadə etmək inzibati pozuntu sayılır. Müddəti keçmiş avadanlıq məcburi diaqnostikadan keçirilməli və ya dəyişdirilməlidir.
Aqil
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.