AZ

Artıq həftədə 4 gün işləyəcəklər Tətbiq artıq başladı

News24 saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

1 iyul 2025-ci ildən Polşada dörd günlük iş həftəsi pilot layihə kimi tətbiq olunur.

News24.az xəbər verir ki, işçilərə 32 saatlıq dörd günlük və ya 35 saatlıq beş günlük iş həftəsi arasında seçim imkanı verilib.

Layihə dövlət qurumları və bəzi özəl şirkətlərdə, o cümlədən Herbapol və bir neçə bələdiyyədə sınaqdan keçirilir. İlk rəylər müsbətdir – iş motivasiyası artıb, stress azalıb.

Qeyd edək ki, Polşa Avropada ən uzun iş saatlarına malik ölkələrdən biri sayılır. Yeni model geniş tətbiq olunarsa, ölkədə iş həyatında ciddi dəyişikliklər gözlənilir.

Aqil

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
50
news24.az

10Mənbələr