AZ

“O, YALNIZ HƏDƏLƏMƏYİ VƏ QIŞQIRMAĞI BACARIR” “Putin əmindir ki, Tramp onu cavab verməyə məcbur etməyəcək”

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Rusiyanın Ukraynaya qarşı yeni hücumlarına ABŞ-nin qətiyyətli cavabının olmaması, eləcə də Kiyevə silah təchizatının, xüsusilə “Patriot” hava hücumundan müdafiə sistemi üçün raketlərin verilməsinin dayandırılması Vladimir Putində cəzasızlıq təəssüratı yaradır.

“AzPolitika” xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın son qərarlarını şərh edən “The Telegraph”-ın məqaləsində belə deyilir.

Qeyd edilir ki, Trampla telefon danışığından dərhal sonra Putin müharibə başlayandan bəri Kiyevə 550 PUA və raketdən istifadə etməklə ən böyük hava hücumu əmrini verib. Nəşr hesab edir ki, bu, Kremlin Vaşinqtondan sərt reaksiya gözləmədiyinə birbaşa işarədir: "Putin əmindir ki, Tramp onu bu cür hərəkətlərə görə cavab verməyə məcbur etməyəcək. Ola bilsin ki, ABŞ Prezidenti sosial şəbəkələrdə qəzəbli şərh yazsın, lakin Kreml rəhbəri əmindir ki, Tramp bundan o yana getməyəcək".

Nəşr Trampın artıq Kiyevə göndərilən və Avropada yolda olan, Rusiya ballistik raketlərini vurmaqdan ötrü istifadə edilən “Patriot” sistemləri üçün raketlərin tədarükünü dayandırmaq qərarını xüsusilə tənqid edir. Çünki bu qərar faktiki olaraq Ukrayna paytaxtını növbəti hava hücumlarına qarşı müdafiəsiz qoyub: "Bu qərarla Tramp faktiki olaraq Putinə bildirdi ki, Amerika Kiyevin Rusiyanın hava hücumlarına qarşı müdafiəsiz qalmasından məmnundur. Putin kifayət qədər məntiqli cavab verdi və Kiyevə qarşı ən böyük hücum əmrini verdi. "Patriot"u çatdırmaqdan imtina etməklə Tramp Putinə təsəvvür edə biləcəyiniz ən parlaq yaşıl işığı yandırdı".

Məqalədə Trampın Ağ Evə qayıtmasından sonra ABŞ-nin Rusiyaya qarşı yeni sanksiyalarının olmaması da qeyd edilir. Müəlliflər vurğulayır ki, ABŞ-dən fərqli olaraq, Böyük Britaniya və Avropa İttifaqı Rusiyanın yollarını bağlamaq üçün mütəmadi olaraq sanksiyaları yeniləyir: “Tramp yeni sanksiyalar tətbiq etməməklə, köhnə sanksiyaların effektivliyini itirməsinə imkan verir və Putinə daha bir siqnal verir ki, o, istədiyi hər şeyi edə bilər”.

Nəşr xatırladır ki, ikipartiyalı qanun layihəsi artıq Senatda qəbul olunmağa hazırdır, hansı ki, Rusiyanın enerji resurslarını satın alan istənilən ölkə üçün 500 faizlik rüsum tətbiqini nəzərdə tutur: "Bu qanun Prezident söz verəndə keçə bilər. Amma Trampın söz verəcəyinə işarə yoxdur. O, yalnız zaman-zaman hədələməyi və qışqırmağı bacarır".

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
20
azpolitika.info

10Mənbələr