AZ

Tramp Putin qarşısında zəifliyini etiraf etdi: Peşəkardır, bunun öhdəsindən gəldi

ABŞ prezidenti Donald Tramp Rusiya rəhbərliyinin sanksiyaların öhdəsindən gəldiyini etiraf edib və bu kontekstdə Rusiya lideri Vladimir Putini peşəkar adlandırıb.

Ulusal.az xəbər verir ki, Tramp bu barədə prezident təyyarəsinin göyərtəsində jurnalistlərə deyib.

“O (Putin) sanksiyaların öhdəsindən gələ bildi”, – Tramp bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyasından olan həmkarı ilə bu yaxınlarda söhbətində anti-Rusiya məhdudiyyətləri mövzusu qaldırılıb.

“Biz sanksiyalardan çox danışdıq, bəli. Deməzdim ki, Putin bundan həyəcanlanır. O başa düşür ki, sanksiyalar yenə gələ bilər, o peşəkardır”, – deyən Tramp, Vaşinqtonun yeni məhdudlaşdırıcı addımlar ata biləcəyini əlavə edib.

“Düşünürəm ki, mən Rusiyaya qarşı İrana qarşı olduğumdan daha sərtəm, demək olar ki, hər hansı digər ölkəyə münasibətdə olduğumdan daha sərtəm”, – ABŞ prezidenti deyib.

Seçilən
40
50
moderator.az

10Mənbələr