ain.az bildirir, Axar.az portalına istinadən.
ABŞ-ın Ukraynaya yardımı dayandırması Respublikaçılar Partiyası daxilində siyasi balans yaratmaq cəhdidir.
Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzetinin eksperti Ceyson Uillik yazıb.
Onun sözlərinə görə, ABŞ bütün qlobal öhdəliklərini yerinə yetirə bilmir və Prezident Donald Tramp da məhz bu reallıqdan çıxış edərək siyasi qərarlar qəbul edir.
Uillik qeyd edir ki, bu həftə Tramp ABŞ-ın digər müttəfiqi – Rusiyanın işğalına qarşı mübarizə aparmaqda davam edən Ukraynaya əsas silahların tədarükünü dondurmaqla “şahinləri” məyus edib:
“İlk baxışdan bu iki qərar bir-birinə zidd görünür. Əslində isə bunlar eyni medalın iki üzüdür. ABŞ xarici siyasətinin əsas problemi bu gün ondadır ki, ölkənin dünya üzrə müdafiə öhdəlikləri ordunun real imkanlarını üstələyir. Tramp üçün İsrailə tam dəstək verib eyni zamanda Ukraynaya yardımı zəiflətmək – sərt, lakin məntiqli siyasi və strateji qərardır”.
O hesab edir ki, Yaxın Şərqdəki münaqişə olmasa belə, Pentaqon Ukraynaya silah tədarükünü dayandıra bilərdi. Çünki “Patriot” raketlərinə Yaxın Şərqdə də ciddi ehtiyac var.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.