"İnter"in hücumçusu Markus Tyuram karyerasını Premyer Liqada davam etdirə bilər.
Publika.az xəbər verir ki, bu barədə "La Repubblica" nəşri məlumat yayıb.
Fransalı futbolçu ilə "Arsenal" və "Mançester Yunayted" klubları maraqlanır. Xəbərdə bildirilir ki, hər iki klub transfer üçün Tyuramın müqaviləsində göstərilən 85 milyon avroluq təzminatı ödəməlidir.
Bu arada "İnter" futbolçunun gedişi halında onun yerini tutacaq oyunçu kimi "Fiorentina"nın hücumçusu Moyze Kini nəzərdən keçirir.