Moskva bölgəsində Azərbaycan diasporunun rəhbəri, Elşən İbrahimov Rusiya vətəndaşlığından çıxarılıb.
Medianın məlumata görə, bununla bağlı xəbərləri Azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyətinin sədri Elşən İbrahimovun özü də təsdiqləyib.
Rusiya KİV-ləri diaspor rəhbərinin ölkədə qalma qaydalarını pozduğuna görə saxlandığını iddia edib. Yaxın günlərdə onun deportasiya ediləcəyi bildirilir.
O da bildirilir ki, Moskva vilayətinin İstra rayonunda yerli Azərbaycan diasporunun rəhbərinin ticarət obyektlərində miqrantlara qarşı növbəti reyd keçirilib. Qeyd edilir ki, Moskva vilayəti Azərbaycanlılarının regional milli-mədəni muxtariyyətinin nümayəndəsi Tahir Hacıyevin bazarında keçirilən reyd zamanı saxlananlar olub.
TAHİR