AZ

Diaspor rəhbəri Rusiya vətəndaşlığından məhrum edildi


Moskva vilayəti üzrə Azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyətinin rəhbəri Elşən İbrahimov Rusiya Federasiyası vətəndaşlığından məhrum edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı Oxu.Az-a açıqlamasında Elşən İbrahimov özü təsdiqləyib.
“Rusiya hökumətinin bu qərarının səbəbini nədə görürsünüz?” sualına cavabında o deyib ki, yaxın günlərdə vətənə - Azərbaycana qayıdacaq və həmin vaxt məsələ ilə bağlı açıqlama verəcək.
Seçilən
22
8
yeniavaz.com

10Mənbələr