Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları ilə (PUA) Rusiyanın beş bölgəsinə hücum edib.
Bakues.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi teleqram hesabında məlumat yayıb.
Qeyd edilib ki, Ukrayna ordusu əvvəlcə Nijni Novqorod, Smolensk, Kursk və Ryazan vilayətlərinə hücum həyata keçirib.
Daha iki pilotsuz təyyarə Moskva vilayəti üzərində vurulub.
Rusiya tərəfi bir saat ərzində Ukraynaya məxsus 12 PUA-nın vurulduğunu açıqlayıb.
Məlumata görə, onlar səhər tezdən Bryansk, Ryazan, Novqorod və Oryol vilayətləri üzərində məhv ediliblər.