ABŞ-ın Texas ştatında uzun sürən leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 13 nəfər həlak olub.
Musavat.com Associated Press-ə (AP) istinadən xəbər verir ki, Kerr dairəsinin şerifi Larri Leita "daşqınlar nəticəsində 13 nəfərin öldüyünü və ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə məşğul olduqlarını" bildirib.
AP yazır ki, çoxlu itkin düşənlər, o cümlədən yay düşərgəsində istirahət edən 20-yə yaxın qız haqqında məlumatlar daxil olur.
Yerli hakimiyyət orqanları daşqınların güclənməyə davam etdiyini və ölənlərin sayının bu və ya digər istiqamətdə dəyişə biləcəyini bildiriblər. Hazırda "çoxlu sayda itkin düşdüyü elan olunan insanlar üçün xilasetmə əməliyyatları davam edir".
Agentlik qeyd edir ki, sosial şəbəkələrdə kömək üçün ümidsiz yalvarışlar yaranıb, qohumlar daşqın zonasında qalan insanlar haqqında hər hansı məlumat axtarırlar.
Musavat.com
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta