AZ

Dəhşətli YANĞIN: 10 ÖLÜ, 20 YARALI - bu ölkədə

Ajans.az “Hindustan Times”a istinadən xəbər verir ki, hadisə iyunun 30-da səhər saatlarında baş verib. Telangana Yanğından Mühafizə Xidmətinin məlumatına görə, yanğının söndürülməsinə 11 ekipaj cəlb olunub. İlkin məlumata görə, təxminən 15-20 nəfər xəsarət alıb. Lakin partlayışda ölənlərin sayı ilə bağlı məlumatlar fərqlidir. Bəzi mənbələr səkkiz, digərləri isə on nəfərin öldürüldüyünü iddia edir. Həlak olanlar barədə hələlik rəsmi məlumat yoxdur. Sanqareddi polis rəisi Paritosh Pankaj bildirib ki, cəsədləri fabrikdən çıxarmaq üçün xilasetmə əməliyyatları davam edir. "Hələlik heç bir cəsəd tapmamışıq, xilasetmə əməliyyatı davam edir, bir müddət sonra bu barədə məlumat verəcəyik", - polis sözçüsü bildirib.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Seçilən
33
18
Ajans.az

10Mənbələr