AZ

Kolumbiyada torpaq sürüşməsi: 23 nəfər ölüb, 13 insan itkin düşüb

Kolumbiyanın şimal-qərbindəki Bello bələdiyyəsində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 23-ə çatıb.
 
Oxu.Az bu barədə "El Tempo" portalına istinadla xəbər verir.
 
Son rəsmi hesablamaya görə, 13 nəfər itkin düşüb. Onların axtarışları davam edir.
 
Təbii fəlakətdən ümumilikdə 1 948 nəfər zərər çəkib.
 
Xatırladaq ki, torpaq sürüşməsi iyunun 25-də Bellodakı Qranisal yaşayış məntəqəsində baş verib.
 
İlk gün 10 nəfərin öldüyü məlum olmuşdu. Torpaq sürüşməsinə səbəb regionda bir neçə gün davam etmiş güclü yağışlar olub.
Seçilən
7
18
moderator.az

6Mənbələr