AZ

Zelenski: Trampla hava hücumundan müdafiəni müzakirə etdik

Zelenski: Trampla hava hücumundan müdafiəni müzakirə etdik

Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla hava hücumundan müdafiə və cəbhədəki vəziyyəti müzakirə edib.

AFN.az xəbər verir ki, bu barədə o, Trampla telefon danışığından sonra Telegram kanalında yazıb.

"Biz hava hücumundan müdafiə ilə bağlı imkanları müzakirə etdik və razılaşdıq ki, səmanın mühafizəsini artırmaq üçün çalışacağıq. Komandalarımızın müvafiq görüşü barədə razılığa gəldik", - deyə Ukrayna prezidenti bildirib.

Zelenski söhbəti çox vacib və faydalı adlandıraraq, Trampın cəbhədəki vəziyyətlə bağlı “çox yaxşı məlumatlı” olduğunu qeyd edib. Onun sözlərinə görə, onlar qarşılıqlı satınalmalar və investisiyaları da müzakirə ediblər: “Biz diplomatik vəziyyət və Amerika və digər tərəfdaşlarla birgə iş haqqında fikir mübadiləsi apardıq. Hərbi istehsal, o cümlədən pilotsuz təyyarələr sahəsində Vaşinqtonla birgə layihələrə hazır olduğumuzu bildirdim".

Seçilən
3
37
afn.az

10Mənbələr