Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp və Ukrayna dövlət başçısı Volodimir Zelenski telefon danışığı zamanı müdafiə sənayesi imkanlarını və birgə istehsalı müzakirə ediblər.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti özünün sosial şəbəkə hesabında yazıb.
"Müdafiə sənayesinin imkanları və birgə istehsalla bağlı ətraflı müzakirə apardıq. Biz ABŞ ilə birbaşa layihələrə açığıq və bunun təhlükəsizlik üçün zəruri olduğuna inanırıq", - o bildirib.
Zelenski həmçinin vurğulayıb ki, tərəflər qarşılıqlı satınalmalar və investisiyalar mövzusuna da toxunublar.
“Nəhayət, biz ABŞ, həmçinin digər tərəfdaşlarla diplomatik vəziyyət və birgə iş barədə fikir mübadiləsi apardıq".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.