Operativ MM saytından alınan məlumata görə, ain.az bildirir.
Almaniya hakimiyyəti Ukrayna üçün ABŞ-la gizli silah müqaviləsi bağlamaq istəyir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, Berlin Vaşinqtonun Kiyevə müəyyən silahların tədarükünü dayandırmaq qərarından narahatdır. Almaniya hakimiyyəti hesab edir ki, Ukrayna üçün ən ciddi problem Patriot hava hücumundan müdafiə sistemi üçün raketlərin olmamasıdır.
Mənbələrin bildirdiyinə görə, Berlin Pentaqonun iki belə sistemin Ukrayna tərəfinə verilməsinə razılıq verməsini və Almaniyanın onları Ukrayna adından maliyyələşdirəcəyini gözləyir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.