AZ

Pentaqon rəhbərindən Ukrayna ilə bağlı ŞOK QƏRAR

ABŞ Müdafiə Nazirliyi rəhbərliyi Ukraynaya silah tədarükünü növbəti dəfə dayandırmaq qərarı verib.

KONKRET.az xəbər verir ki, bu addım ABŞ ordusunun döyüş hazırlığına heç bir təhlükə yaratmadığını bildirən hərbi ekspertlərin rəylərinə baxmayaraq atılıb.

Qərarı birbaşa olaraq Pentaqon rəhbəri Pit Hegset qəbul edib. Bildirilir ki, bu artıq onun üçüncü dəfə belə qərar verməsidir. Onu Müdafiə Nazirliyinin siyasi departamentinin rəhbəri Elbridj Kolbi dəstəkləyib. Kolbi əvvəllər də Ukraynaya yardıma qarşı çıxışı ilə tanınıb.

Bu qərar Dövlət Departamenti, ABŞ Konqresi, Ukrayna rəsmiləri və Avropa müttəfiqləri üçün gözlənilməz olub.

Natiq Səlim,
KONKRET.az

Seçilən
15
10
konkret.az

10Mənbələr