AZ

 Süni intellektin peşələrimizi əlimizdən almağına HƏLƏ ÇOX VAR...

Hazırda Süni İntellekt demək olar ki, dünyada bütün peşələrə öz təsirini göstərməkdə davam edir. Texnologiya aləmində hər gün yeniliklər baş verir. Bəzi insanlar isə düşünür ki, bu kimi texnoloji yeniliklər gələcəkdə bir çox peşə sahiblərini işsiz qoya bilər.


Ümumiyyətlə ChatGPT kimi bir çox texnoloji yeniliklər gələcəkdə bəzi peşələri tam əvəzləyə bilərmi? Misal üçün gələcəkdə tərcüməçi, vəkil, əmlakçı işi, redaktor və bir sözlə bir çox peşələrin texnologiya ilə icrası mükmündürmü?


Mövzuyla bağlı Elvin Abbasov REFERANS-ın suallarını cavablandırıb.  Elvin Abbasov bildirib ki, hal-hazırda süni intellekt bir çox peşəyə, sahəyə və sektora böyük töhfələr verir. Bunun töhfələri tam olaraq peşəni ələ almaq deyil peşəyə köməkçi vasitə kimi qeydə alınır. Bütün sahələr bura daxildir. Məsəl üçün kosmik sahədən tutmuş adi insan və sosial münasibətlərə qədər bütün sahələrə təsir göstərməkdədir. Tam peşəni ələ almaq isə hal-hazırda süni intellektin müstəvisinə görə deyil, yəni ki süni intellekt manipulyasiya edə bilir, hər hansı saxta məlumatlara istinad edə bilir və mənbəsi məlum olanmayan postada istinad edə bilir. Bunun üçün nəzərə alsaq ki, süni intellekt modelləri bizlərin yazdığı yazırlardan, məqalələrdən istifadə edir və buda o deməkdir ki, orda müəyyən yalan məlumatlar ola bilər ki, bunun üçün də peşələrdə istifadə edərkən hər hansı kömək alət kimi istifadə edərkən mütləq şəkildə onun doğruluğunu yoxlanılmalıdır. 





Ekspert onu  da vurğulayıb ki, bu isə o deməkdir ki, yəni süni intellektin peşələrimizi əlimizdən almağına hələ çox var və biz onu köməkçi alət kimi istifadə edirik. Misal üçün tərcümə və yaxud digər işlərdə ən yaxşı effekt verən sahələrdən biridir. Yenədə tərcüməçilər azalmır, korrektorlar yerində qalır. Yəni ki, süni intellektdən aldığımız bütün məlumatlar insan nəzarətindən keçərək istifadə olunur.


"Beləliklə də  bütün bunlar bizə onu deməyə əsas verir ki, biz süni intellektə yüz faiz etibar etmirik. Həmçinin süni intellektin verdiyi məlumatları yenidən nəzərdən keçirib peşəmizdə istifadə edirik",-deyə Elvin Abbasov əlavə edib.


Ləman Xalıqova

Referans  

Seçilən
16
50
referans.az

10Mənbələr