AZ

"Sualların yoxlanmasında süni intellektdən istifadə edirik" - DİM sədri

"Bizim hər bir işçinin bir köməkçisi var, bu süni intellektdir" .


Manset.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə beşinci "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsinin tədbirində deyib.

O bildirib ki, süni intellektə düzgün sual vermək, ondan düzgün cavab almaq bilik və bacarıq tələb edir:

"Bu bacarıq təsadüfən formalaşmır. Vaxtilə deyirdilər ki, kapitalizm varlıları daha da varlı, kasıbları isə daha da kasıb edir. Süni intellekt də bu prinsipə bənzəyir: Ağıllı insanları daha da ağıllı, qeyri-bilgililəri isə öz qulluqçusuna çevirir".

M.Abbaszadənin sözlərinə görə, süni intellekt hər dərdin dərmanı deyil, ondan düzgün istifadə qaydasını bilmək vacibdir:

"Biz sualların yoxlanmasında süni intellektdən istifadə edirik. Amma bizim bazaya daxil olan sualları süni intellekt yazmır. Bu texnologiyadan artıq uzun müddətdir və daha geniş formada istifadə edirik. Əsasən nəticələrin və sualların yoxlanması mərhələsində tətbiq edirik", - deyə o bildirib.

Seçilən
13
50
manset.az

10Mənbələr