Tesla və SpaceX şirkətlərinin sahibi, amerikalı iş adamı İlon Mask ABŞ prezidenti Donald Trampla yollarını ayırdıqdan sonra ölkədə yenidən yeni partiya yaratmaq ideyasını gündəmə gətirib.
Turkustan.az xəbər verir ki, Mask sahibi olduğu X sosial media platformasındakı hesabından yeni partiya üçün yenidən sorğu açdı .
Bu günün ABŞ-da “4 İyul Müstəqillik Günü” olduğuna diqqət çəkən Mask: “Müstəqillik günü ikipartiyalı sistemdən müstəqillik istəyib-istəmədiyinizi soruşmaq üçün mükəmməl vaxtdır” dedi.
Maskın "Amerika Partiyası yaratmalıyıqmı?" indiyədək təxminən 240.000 nəfər iştirak edib. İştirakçıların 62 faizi “bəli”, 38 faizi isə “yox” deyib.
ABŞ ictimaiyyətində mübahisələrə səbəb olan vergilərin azaldılması qaydasına görə prezident Donald Trampla fikir ayrılığına düşmüş İlon Mask iyunun əvvəlində “Amerika Partiyası” adlı yeni siyasi partiyanın yaradılması ideyasını ilk dəfə ictimaiyyətlə paylaşmışdı.
X platformasında yeni partiya yaratmaq ideyası ilə bağlı sorğu keçirən Mask, sorğunun nəticəsinə istinad edərək belə bir qiymətləndirmə edib: "İnsanlar danışdı. ABŞ-da orta 80 faizi təmsil edəcək yeni siyasi partiyaya ehtiyac var. İnsanların düz 80 faizi razıdır. Bu, qismətdir".
Tramp isə Ağ Evdəki vəzifəsindən ayrılan və dünən Konqresin qəbul etdiyi vergi endirimi qanun layihəsini sərt tənqid edən Maskın açıqlamalarından çox məyus olduğunu bildirib.
Aytən Yaşar/ Turkustan.az