AZ

Çində xarici telefon satışları azalıb - "Apple" da təsirlənib

Çində xarici markalı mobil telefonların satışları may ayında ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz azalıb.

Valyuta.az xəbər verir ki, bu barədə məlumatı Çin Məlumat və Kommunikasiya Texnologiyaları Akademiyası (CAICT) yayıb.

Açıqlanan statistikaya əsasən, xarici brendlərin ümumi satış həcmi may ayında 4,54 milyon ədəd təşkil edib. Çində ağıllı telefon bazarında ən böyük xarici marka olan "Apple"ın performansı bu ümumi azalmada əsas rol oynayıb. Şirkət yerli rəqiblərlə artan rəqabətə cavab olaraq qiymət endirimlərinə gedib. Belə ki, may ayında "iPhone 16" modellərinə 2 530 yuan (təxminən 351 ABŞ dolları) endirim təklif olunub.

CAICT hesabatında "Apple"ın konkret satış rəqəmləri açıqlanmasa da, ümumilikdə ölkə daxilində telefon satışlarının 21,8 faiz azalaraq 23,72 milyon ədədə düşdüyü qeyd olunur.

Sərvanə Rəmixanova

Seçilən
13
30
valyuta.az

10Mənbələr