AZ

"Alibaba" rəqiblərlə mübarizəyə başlayır - 7 milyard dollar ayırdı

"Alibaba" Çində bazar mövqeyini qorumaq üçün 7 milyard dollarlıq subsidiyalar ayırır

Valyuta.az xəbər verir ki, "Alibaba Group Holding Ltd." (BABA) Çində ani çatdırılma və onlayn satış sahəsində rəqabəti gücləndirmək üçün 50 milyard yuan (təxminən 7 milyard ABŞ dolları) həcmində subsidiyalar təqdim edəcəyini açıqlayıb.

"Alibaba"nın elektron ticarət bölməsi olan "Taobao"nun rəsmi "WeChat" hesabında yayımlanan bəyanatda bildirilir ki, bu böyük dəstək paketi növbəti 12 ay ərzində həm istifadəçilərə, həm də satıcılara şamil olunacaq.

Rəqabət kəskinləşir

Çin elektron ticarət bazarının liderlərindən olan "Alibaba”, "PDD Holdings", "JD.com" və "Meituan" kimi yüksələn rəqiblərlə sərt rəqabətlə üz-üzədir. Xüsusilə qida çatdırılması sahəsində "Meituan" dominant mövqedə olsa da, "JD.com"un bu bazara daxil olması rəqabəti daha da kəskinləşdirib.

"Alibaba"nın bu subsidiyalarla həm sürətli çatdırılma xidmətlərini gücləndirməyi, həm də istifadəçi axınını və alış-veriş həcmini artırmağı hədəflədiyi bildirilir.

Süni intellektə yönnəlmiş dönüş

Digər tərəfdən, bu il beynəlxalq səviyyədə parlayan "DeepSeek" texnologiya platformasının uğurundan sonra, "Alibaba"nın baş direktoru Eddi Vu şirkətin gələcək inkişafını süni intellekt texnologiyalarına əsaslandırmaq niyyətində olduqlarını bəyan edib. Bu isə "Alibaba"nın həm texnoloji transformasiyaya, həm də daxili bazardakı rəqabətə cavab olaraq ikili strategiya izlədiyini göstərir.

Sərvanə Rəmixanova

Seçilən
22
50
valyuta.az

10Mənbələr