AZ

İlon Mask "Tesla"nın satış rəhbərini işdən çıxarıb

"Tesla" şirkətinin Şimali Amerika və Avropa üzrə satış və istehsala cavabdeh vitse-prezidenti Omid Afşar (Omead Afshar) CEO Elon Musk tərəfindən vəzifəsindən azad edilib.

Valyuta.az xəbər verir ki, bu xəbəri rəsmi mənbələr təsdiqləyib.

Lakin Afşarın işdən çıxarılmasının səbəbi rəsmi olaraq açıqlanmayıb. Nə "Tesla", nə İlon Mask, nə də Afşar bu barədə şərh verməyib. Qeyd edək ki, Afşar Maskın şirkətdəki ən yaxın adamlarından biri hesab olunurdu və uzun illər onun birbaşa rəhbərliyi altında çalışıb.

Məlumata görə, Afşar 2017-ci ildə "Tesla"ya qoşulub və CEO ofisində işləyərək şirkətdə yüksək mövqelərə yüksəlib. O, "Tesla"nın Texas ştatının Ostin şəhərində inşa etdiyi nəhəng zavodun rəhbərliyində mühüm rol oynayıb. Lakin 2022-ci ildə Mask üçün nəzərdə tutulmuş xüsusi şüşəli binanın tikintisi üçün material alınmasında iştirak etdiyi iddiası ilə daxili araşdırmaya cəlb olunmuşdu. Bu məsələ daha sonra ABŞ Ədliyyə Nazirliyi və Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) diqqətini çəkmişdi.

Afşar bu yaxınlarda "Tesla"nın Ostində istifadəyə verdiyi məhdud robotaksi xidmətinə dəstək ifadə etmiş və 23 iyun tarixində "X" sosial şəbəkəsində Maska təşəkkür etmişdi: "Tesla üçün tarixi gündür. Hamımızı irəli aparan İlona təşəkkürlər!"

Onun vəzifədən uzaqlaşdırılması "Tesla"nın satışlarının zəiflədiyi və maliyyə göstəricilərinin aşağı düşdüyü bir dövrə təsadüf edir. Şirkət 2024-cü ildə əvvəlki illə müqayisədə daha az avtomobil satıb ki, bu da son 10 ildə ilk illik satış geriləməsi olub. 2025-ci ilin ilk rübündə şirkətin xalis mənfəəti ötən illə müqayisədə 71% azalıb. Avropada isə may ayında satışlar 28% düşüb.

Qeyd edək ki, "Bloomberg" məlumat verir ki, eyni zamanda "Tesla"nın Şimali Amerika üzrə insan resursları direktoru Jenna Ferrua da şirkətdən ayrılıb.

Sərvanə Rəmixanova

Seçilən
51
31
valyuta.az

10Mənbələr