AZ

Orta məktəblərdə rus dilini Çin dili əvəzləyə bilər VACİB AÇIQLAMA KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Son illərdə Çin dilinin Azərbaycan təhsil sistemində yeri getdikcə genişlənir. Artıq ali təhsil müəssisələrində regionşünaslıq (Çin üzrə) və tərcümə (Çin dili) ixtisasları üzrə tədris həyata keçirilir. Bu istiqamətin davamlı inkişafı üçün Çin dilinin ümumtəhsil məktəblərində də tədrisinə başlanması zəruridir”.

Bu sözləri təhsil eksperti Ramin Nurəliyev KONKRET.az-a açıqlamasında səsləndirib:

Ramin Nurəliyev

Təhsil ekspertinin fikrincə, ali məktəblərdə Çin dili üzrə ixtisaslaşan məzunların əmək bazarında daha geniş imkanlara sahib olması üçün onların bu dil bilikləri hələ məktəb dövründən formalaşmalıdır.

“Bununla yanaşı, gələcəkdə ali məktəblərə qəbul zamanı xarici dil fənni olaraq Çin dilinin də əlavə edilməsi gündəmə gələ bilər. Bu isə məktəb dövründən Çin dilini öyrənən şagirdlərin qəbul imtahanlarında daha yüksək nəticə göstərməsinə şərait yaradacaq.Çin dünyada iqtisadi və siyasi gücə malik olan ölkələrdən biridir və Azərbaycanla dostluq münasibətlərinə malikdir”.

R. Nurəliyev vurğulayır ki, hazırda Azərbaycan təhsil sistemində Çin dili üzrə müəyyən baza mövcuddur və bu sahədə sıfırdan başlanılmır:

“Mövcud təməl əsasında orta məktəblərdə Çin dilinin tədrisinə mərhələli şəkildə başlanacağı təqdirdə, bu istiqamət Azərbaycan təhsilinə yeni töhfələr verə bilər. Eyni zamanda, qarşılıqlı əməkdaşlıq çərçivəsində Çində də Azərbaycan dilinin tədrisi təşviq olunmalıdır”.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
10
konkret.az

10Mənbələr