AZ

Məleykə Abbaszadə: "Yüksəliş” müsabiqəsi DİM və şəxsən mənim üçün çox doğma layihədir

"Yüksəliş” müsabiqəsi Dövlət İmtahan Mərkəzi (DİM) və şəxsən mənim üçün çox doğma layihədir. Burada istifadə olunan suallar və qiymətləndirmə alətləri DİM-in ekspert və mütəxəssisləri tərəfindən hazırlanıb.

APA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi ilə əlaqədar təşkil olunmuş tədbirdə deyib.

O bildirib ki, sovet dövründə ali məktəblərə qəbul çox qeyri-peşəkar formada keçirilirdi: “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası məhz buna görə yaradılmışdı. 1992-ci ildə siyasi qərarla mərkəzləşdirilmiş, müasir test üsulunun tətbiqinə başlanıldı. Həmin il ilk mərkəzləşdirilmiş imtahanları Türkiyədən gələn mütəxəssislər keçirmişdi və nəticələr Azərbaycanda yarım ildən sonra elan olunmuşdu”.

DİM sədri bildirib ki, 1994-cü ildə Ulu Öndər Heydər Əliyev bu sahəni prioritet kimi qarşıya qoydu: “Bu, çətin və çoxşaxəli proses idi. İmtahanın məzmunu, təşkili və digər mərhələlər mürəkkəb mexanizmlərlə tənzimlənirdi. Burada əsas prinsiplərdən biri şəffaflıq olub”.

Seçilən
27
50
apa.az

10Mənbələr