AZ

Məleykə Abbaszadədən imtahanlar barədə mühüm məlumat

5 il ərzində bütün imtahanların elektron formada keçirilməsi nəzərdə tutulur. Bəzi elektron formada keçirilən imtahanlarda dələduzluq halları ilə rastlaşmaq mümkündür. Bu bütün dünyada görülə bilən vəziyyətdir. Biz elektron formaya keçəndə belə halların olmasını istəmirik. Buna görə də buna ehtiyatla keçid etməyin tərəfdarıyıq.

Sitat.info xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin tədbirində bildirib.

“Kontingenti 10 mindən çox olmayan imtahanların gələn ildən etibarən tam şəkildə elektron formada keçirilməsi nəzərdə tutulur. Kontingenti 20 minə çatan imtahanlar isə hələlik kağız daşıyıcılar üzərindən təşkil olunacaq",- M.Abbaszadə qeyd edib.

Seçilən
14
5
sitat.info

10Mənbələr