Bakı. Trend:
“Yüksəliş” müsabiqəsi Dövlət İmtahan Mərkəzi (DİM) və şəxsənmənim üçün çox doğma layihədir.
Trend xəbərverir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədriMəleykə Abbaszadə beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinalmərhələsinin tədbirində deyib.
O bildirib ki, burada istifadə olunan suallar və qiymətləndirməalətləri DİM-in ekspert və mütəxəssisləri tərəfindənhazırlanır:
"Beş il ərzində bu layihənin uğurlu bir platformayaçevrilməsinin şahidiyəm. İldən-ilə istifadə olunan alətlərmüasirləşir, iştirakçıların bilik və bacarıqlarının daha dəqiqqiymətləndirilməsi üçün yeni yanaşmalardan istifadə olunur. Bu ildə belə oldu”.
M.Abbaszadə qeyd edib ki, biliklərin qiymətləndirilməsi elminbir hissəsidir və bu, olduqca mürəkkəb bir sahədir:
“Bu sahənin əsası vaxtilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasıyaradılan zaman qoyulmamışdı. TQDK o zaman təhsil sahəsində ənböyük korrupsiyaya məruz qalan bir sahəni təmizləmək məqsədiləyaradıldı. 1992-ci ildə siyasi qərarla mərkəzləşdirilmiş, müasirtest üsulunun tətbiqinə başlanıldı. Həmin il ilk mərkəzləşdirilmişimtahanları Türkiyədən gələn mütəxəssislər keçirmişdi və nəticələrAzərbaycanda yarım ildən sonra elan olunmuşdu”.
O əlavə edib ki, 1994-cü ildə Ulu Öndər Heydər Əliyevinhakimiyyətə qayıdışı ilə bu sistemin saxlanılması və elmi əsaslarlainkişaf etdirilməsi prioritet kimi qarşıya qoyulub:
“Bu, olduqca çətin məsələ idi. Lakin biz yerli mütəxəssislərlə –psixoloqlar, proqramçılarla birlikdə çalışaraq sistemin məqsədinimüəyyənləşdirməzdən əvvəl, ona daxil olacaq informasiyanınişlənməsi və elan olunması üçün alqoritmlərin yazılmasına başladıq.Bu, çətin və çoxşaxəli proses idi. İmtahanın məzmunu, təşkili vədigər mərhələlər mürəkkəb mexanizmlərlə tənzimlənirdi”.
DİM rəhbəri vurğulayıb ki, əsas prinsiplərdən biri şəffaflıqolub:
“Məlumatlar kiminsə şəxsi fikrinə əsasən dəyişdirilə bilməzdi.Bütün dəyişikliklər yalnız əvvəlcədən hazırlanmış alqoritmlərəsasında həyata keçirilməli idi. Bu, çox vacib idi".