Futbol üzrə Azərbaycan Premyer Liqasına vəsiqə qazanmış “İmişli” futbol klubunun yay hazırlıq planı müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə əyalət təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, komanda iyulun 7-də məşqlərə start verəcək. Təlim-məşq toplanışı Bakıda baş tutacaq.
“İmişli” avqustun 9-na qədər paytaxtda məskunlaşacaq. Sözügedən komanda ümumilikdə 7 yoxlama oyunu keçirəcək. Onlardan “Karvan”, “Qəbələ”, “Şəfa”, “Şamaxı” və “Sabah-2” ilə qarşılaşmalar artıq dəqiqləşib. Digər rəqiblərin adına daha sonra aydınlıq gələcək.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünə avqustun 15-də start veriləcək.