AZ

Türkiyə Superliqasında yeni mövsümün püşkü atıldı

Türkiyə Superliqasının 2025-26 mövsümünün püşkü atılıb.

Msport.az xəbər verir ki, İstanbul təmsilçilərindən “Beşiktaş” I turda səfərdə “Kayserispor”la üz-üzə gələcək.

“Fənərbağça” evdə “Alanyaspor”u sınağa çəkəcək. Son çempion “Qalatasaray” isə səfərdə “Qaziantep”in qonağı olacaq.

VIII turda “Qalatasaray” – “Beşiktaş”, XI turda “Beşiktaş” – “Fənərbağça”, XIV turda isə “Fənərbağça” – “Qalatasaray” derbiləri gerçəkləşəcək.

Qeyd edək ki, Superliqada yeni mövsümə avqustun 8-də start veriləcək.

Seçilən
3
8
msport.az

10Mənbələr