İspaniya La Liqasında 2025/26 mövsümünün təqvimi açıqlanıb.
Futbolpress.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.
Mövsümə avqustun 17-də start veriləcək. Son çempion “Barselona” “Malyorka” səfərinə yollanacaq. “Real”ın rəqibi isə “Osasuna” olacaq.
“Real” ilə “Barselona” arasındakı ilk “el klasiko” 10-cu tur çərçivəsində oktyabrın 26-da olacaq. İkinci dövrənin görüşü isə 35-ci turda, mayın 10-da olacaq.