AZ

La Liqada yeni mövsümün təqvimi açıqlandı

İspaniya La Liqasında 2025/2026 mövsümünün oyun cədvəli müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, ilk turun qarşılaşmaları 17 avqust tarixində baş tutacaq.

Hazırkı çempion “Barselona” mövsümə səfərdə “Malyorka”ya qarşı oyunla start verəcək. Vitse-çempion “Real Madrid” isə doğma meydanda “Osasuna”nı qəbul edəcək.

Start turunun digər oyunları belədir:

“Alaves” – “Levante”

“Selta” – “Xetafe”

“Espanyol” – “Atletiko” Madrid

“Elçe” – “Betis”

“Valensiya” – “Real Sosyedad”

“Atletik” Bilbao – “Sevilya”

“Jirona” – “Rayo Valyekano”

“Vilyarreal” – “Real Oviedo”

Sezonun ilk “El-Klasiko”su 26 oktyabrda “Santyaqo Bernabeu” stadionunda baş tutacaq. İkinci qarşılaşma isə 10 may 2026-cı ildə “Barselona”nın meydanında keçiriləcək.

Oyunların tam təqvimi La Liqanın rəsmi saytında yerləşdirilib.

Seçilən
26
15
90deqiqe.az

10Mənbələr