AZ

“İmişli”nin yay hazırlıq planı açıqlandı

Azərbaycan Premyer Liqasına vəsiqə qazanan “İmişli”nin yay hazırlıq planı müəyyənləşib.

Msport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komanda iyulun 7-də məşqlərə start verəcək. Təlim-məşq toplanışı Bakıda baş tutacaq. “İmişli” avqustun 9-dək paytaxtda məskunlaşacaq. Klub ümumilikdə 7 yoxlama oyunu keçirəcək. Onlardan “Karvan”, “Qəbələ”, “Şəfa”, “Şamaxı” və “Sabah-2” ilə qarşılaşmalar artıq dəqiqləşib.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustun 15-də start veriləcək.

Seçilən
1
50
msport.az

10Mənbələr