Azərbaycan Premyer Liqasına vəsiqə qazanan "İmişli" futbol klubunun yay hazırlıq planı müəyyənləşib.
"Report" xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komanda iyulun 7-də məşqlərə start verəcək. Təlim-məşq toplanışı Bakıda baş tutacaq.
"İmişli" avqustun 9-dək paytaxtda məskunlaşacaq. Klub ümumilikdə 7 yoxlama oyunu keçirəcək. Onlardan “Karvan”, “Qəbələ”, “Şəfa”, “Şamaxı” və “Sabah 2” ilə qarşılaşmalar artıq dəqiqləşib.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustun 15-də start veriləcək.