1 iyul 2025-ci il tarixə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 1,7 faiz artaraq 820,9 min, aktiv ƏDV ödəyicilərinin sayı isə 5,2 faiz artaraq 55,6 min təşkil edib.
Bu barədə Marja.az-a Dövlət Vergi Xidmətindən bildirilib.
Qeyd edilib ki, həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 4 faiz artıb və 226,1 min olub.