Cari il iyulun 1-nə aktiv vergiödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 1,7 faiz artaraq 820,9 min olub.
Dövlət Vergi Xidmətindən verilən məlumata görə, aktiv ƏDV ödəyicilərinin sayı isə 5,2 faiz artaraq 55,6 min təşkil edib.
Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 4 faiz artıb və 226,1 min olub.