AZ

UNEC rektoru abituriyent və valideynlərlə görüşüb (FOTO)

Bakı. Trend:

UNEC rektoru professor Ədalət Muradov “AbituriyentAylığı” çərçivəsində abituriyent və onların valideynləri iləgörüşüb.

Rektor iştirakçılara rəqəmsal UNEC-in tədris və imtahan prosesi,xarici universitetlərlə ikili diplom proqramları, xüsusi təqaüdlər,tələbələrin sosial həyatı, elektron kitabxana, tələbə startaplarınadəstək, məzunların məşğulluğu və s. barədə ətraflı məlumat verib.UNEC-in beynəlxalq reytinqlərdəki mövqeyindən söz açan ƏdalətMuradov bu nailiyyətlərin təhsilin keyfiyyəti ilə bağlı olduğunuqeyd edib. O, UNEC-ə keçid balının hər il yüksəldiyini diqqətəçatdırıb.

Görüşdə abituriyentləri və onların valideynlərini maraqlandıransuallar cavablandırılıb. Sonra iştirakçılar üçün UNEC-də infoturtəşkil olunub.

Qeyd edək ki, UNEC rektoru ilə növbəti görüş iyulun 11-də əsastədris binasında olacaq. İştirak etmək üçün WhatsApp vasitəsilə 012492 60 43 nömrəsinə yazaraq qeydiyyatdan keçmək kifayətdir.

UNEC
UNEC
UNEC
Seçilən
6
49
az.trend.az

10Mənbələr