AZ

BMU ilə “ATS Food” şirkəti arasında memorandum imzalanıb - FOTOLAR

Bakı Mühəndislik Universiteti (BMU) ilə “ATS Food” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

"Unikal" xəbər verir ki, bu münasibətlə BMU-da keçirilən görüşdə rektor Yaqub Piriyev şirkət rəhbərliyini universitetdə görməkdən məmnunluğunu ifadə edib. Rektor görüş iştirakçılarına universitetin fəaliyyəti, həyata keçirilən islahatlar və əldə olunan nailiyyətlər barədə məlumat verib. BMU-nun Çin və Cənubi Koreya universitetləri ilə icra etdiyi ikili diplom proqramları, o cümlədən son illər açılan yeni ixtisasları diqqətə çatdıran Yaqub Piriyev “ATS Food” MMC ilə mümkün əməkdaşlıq istiqamətlərinə toxunub. Rektor BMU-da “Qida mühəndisliyi” ixtisası üzrə kadr hazırlığının aparıldığını və başlanan əməkdaşlığın tələbələrin praktiki bilik, bacarıqlarının artırılmasına, real sektorun tələblərinə uyğun mütəxəssis hazırlığına, eləcə də iki tərəfin davamlı tərəfdaşlığının qurulmasına mühüm töhfə verəcəyini bildirib.

Görüş zamanı “ATS Food” MMC-nin direktoru Tural Hacıyev şirkətin fəaliyyəti, istehsal etdiyi məhsullar barədə geniş məlumat verib və müvafiq statistik göstəriciləri vurğulayıb. Eyni zamanda ölkənin ən böyük qida sənayesi müəssisələrindən biri kimi tanınan MMC-nin BMU ilə əməkdaşlıqda maraqlı olmasından, universitetin müvafiq ixtisaslar üzrə məzunlarının işlə təminatı, habelə tələbələrin təcrübə proqramlarına cəlbi məsələlərindən bəhs edib. 

Sonra rektor Yaqub Piriyev və direktor Tural Hacıyev anlaşma memorandumunu imzalayıblar. 

Sənəddə tələbələrin təcrübə proqramlarında iştirakları, məzunların şirkətin namizəd bankına daxil edilməsi, işlə təmin olunması, ixtisaslara uyğun təlim mərkəzlərinin yaradılması və digər birgə fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur. Bundan başqa, tərəflər qida mühəndisliyi və texniki yönümlü ixtisaslar üzrə rəqabətədavamlı mütəxəssislərin hazırlanması, informasiya, bilik və təcrübə mübadiləsi, birgə layihələrin icrası, tədbirlərin təşkili istiqamətində əməkdaşlıq edəcəklər.

Memorandumun imzalanmasından sonra qonaqlar BMU-nun laboratoriyaları ilə tanış olublar. 

Seçilən
15
40
unikal.az

10Mənbələr