AZ

Azərbaycanda sosial sığorta daxilolmaları 13,7 faiz artıb

Bakı. Trend:

Cari ilin yanvar – iyun aylarında muzdlu işçi sayının vəəməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlətsosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 146 milyonmanata yaxın olub.

Trend DövlətVergi Xidmətinə istinadən xəbər verir ki, bu mənbədən daxilolmalarəvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,7 faiz və ya 378,1milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrədaxilolmalar ötən ilin eyni dövrünə nisbətən 13,3 faiz artaraq 2milyard 47,3 milyon manatdan çox təşkil edib.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eynidövrü ilə müqayisədə 11,7 faiz artıb və 111,5 milyon manatdan çoxolub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 11,8 faiz artaraq83,3 milyon manata yaxın təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eynidövrü ilə müqayisədə 11,7 faiz artıb və 544,0 milyon manatdan çoxolub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,4 faiz artaraq376,3 milyon manatdan çox təşkil edib

Seçilən
1
49
az.trend.az

10Mənbələr