İyulun 1-ə aktiv ƏDV ödəyicilərinin sayı 55,6 min təşkil edib.
Bakues.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz artıb.
Aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 1,7 faiz artaraq 820,9 min təşkil edib.
İyulun 1-ə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 4 faiz artaraq 226,1 min olub.